Home Gündəm Prezident: Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətə başlaması münasibətlərin daha da inkişafına vüsət verəcək

Prezident: Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətə başlaması münasibətlərin daha da inkişafına vüsət verəcək

80
0
SHARE

Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır.

TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubunda deyilir.

“Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm”, – dövlət başçısı qeyd edib.