Home Gündəm Azərbaycan XİN: Qarabağda yaşayan erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait...

Azərbaycan XİN: Qarabağda yaşayan erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait var

87
0
SHARE

Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Kanada xarici işlər nazirinə cavabında qeyd olunub.

“Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik”, – məlumatda deyilir.