Home Gündəm Milli Məclisin sədri və deputatları Ulu Öndərin məzarını ziyarət ediblər

Milli Məclisin sədri və deputatları Ulu Öndərin məzarını ziyarət ediblər

72
0
SHARE

Azərbaycan xalqının Milli Qurtuluş Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini Fəzail İbrahimli, parlamentin deputatları və parlament Aparatının məsul əməkdaşları iyunun 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.