Home Gündəm XİN: Laçın sərhəd məntəqəsində Azərbaycanın keçirdiyi tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir

XİN: Laçın sərhəd məntəqəsində Azərbaycanın keçirdiyi tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir

78
0
SHARE

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir.

TAN.AZ xəbər verir ki, bu barədə XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın 16 iyun tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.