Home Gündəm Ceyhun Bayramov ATƏT sədri ilə regional vəziyyəti müzakirə edib

Ceyhun Bayramov ATƏT sədri ilə regional vəziyyəti müzakirə edib

86
0
SHARE

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri “Twitter“də yazıb.

Nazir qeyd edib ki, Buyar Osmani ilə səmərəli görüş baş tutub:

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, – deyə Bayramov yazıb.