Home Gündəm Ceyhun Bayramov: Ermənistan təxribatların təkrarlanmayacağına dair Azərbaycana zəmanət verməlidir

Ceyhun Bayramov: Ermənistan təxribatların təkrarlanmayacağına dair Azərbaycana zəmanət verməlidir

109
0
SHARE

Laçın sərhəd-buraxılış məntəqəsi təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb.

Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşması bu prosesi həzm edə bilməyən Ermənistanın iyunun 15-də keçid məntəqəsini atəşə tutması ilə nəticələnib. Bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.

TAN.AZ xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə keçirilən görüşü zamanı səsləndirib.

Nazir bildirib ki, Azərbaycan tərəfindən hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə törətmiş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görülür.

Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.