Home Gündəm Xarici diplomatlar Laçın şəhərində görülən işlərlə tanış olublar

Xarici diplomatlar Laçın şəhərində görülən işlərlə tanış olublar

78
0
SHARE

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri ilə tanış olublar.

TAN.AZ xəbər verir ki, diplomatlar Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 tikili bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.

Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edir.