Home Gündəm Milli Məclisin deputatları Marneulidə azərbaycanlı gənclərlə görüşüblər

Milli Məclisin deputatları Marneulidə azərbaycanlı gənclərlə görüşüblər

66
0
SHARE

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev Gürcüstana səfərə gediblər.

TAN.AZ xəbər verir ki, səfər çərçivəsində deputatlar Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən stadionda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak ediblər. Millət vəkilləri yeniyetmələrdən ibarət 5 komandaya 100 futbol forması, həmçinin futbol topları hədiyyə ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, bu cür sosial layihələr Gürcüstanda yaşayan azərbaycanlı gənclərin idmana marağının arıtırlması məqsədilə davam etdiriləcək. Səfir azərbaycanlı gənclərin gələcəkdə də Gürcüstanda idmanın inkişafına töhfə verəcəklərinə əmin olduğunu vurğulayıb.

Faiq Quliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Gürcüstanda silsilə tədbirlərin keçirildiyini qeyd edib. Əlavə edib ki, Heydər Əliyev Gürcüstandakı azərbaycanlılara dayaq olub və bu gün Prezident İlham Əliyev tərəfindən aparılan siyasət də soydaşlarızımın sosial rifahının artırılmasına yönəlib.

Marneuli meri Kənan Ömərov Azərbaycan nümayəndə heyətinə Marneulidə gənclərin inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Deputat Arzu Nağıyev qeyd edib ki, layihə bu vaxtadək Azərbaycanın 29 rayonunda həyata keçirilib. Rauf Əliyev layihənin gələn il də Gürcüstanda həyata keçiriləcəyini deyib.