Home Gündəm Nazir: Qoşulmama Hərəkatının Bakı görüşündə 100-ə yaxın ölkə, 11 beynəlxalq təşkilat təmsil...

Nazir: Qoşulmama Hərəkatının Bakı görüşündə 100-ə yaxın ölkə, 11 beynəlxalq təşkilat təmsil olunub

63
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün açılışında müasir beynəlxalq münasibətlər sistemi kontekstində proqram xarakterli çıxışı tədbir iştirakçıları və dünya mətbuatında böyük marağa səbəb olub. Bu gün də çıxışlar zamanı həmin fikirlərə istinad olunmasına şahidlik etdik.

TAN.AZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

XİN başçısı qeyd edib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün ölkəmizdə keçirilməsi bütün nümayəndə heyətləri tərəfindən təqdir edilib. Onlar yaradılan şəraitə görə Azərbaycana təşəkkür ediblər.

“Bakı görüşündə həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”, – deyən Ceyhun Bayramov vurğulayıb ki, tədbirdə 100-ə yaxın ölkədən və 11 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər.