Home Gündəm XİN: Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina Ermənistanın öhdəliklərini heçə saymasıdır

XİN: Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina Ermənistanın öhdəliklərini heçə saymasıdır

68
0
SHARE

Üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir.

TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə səsləndirilən fikirlərinə münasibətində bildirib.

“Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və Üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir”, – deyə XİN Paşinyana cavabında bildirib.