Home Gündəm Diplomatik xidmət orqanlarının rəhbərləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Diplomatik xidmət orqanlarının rəhbərləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

55
0
SHARE

9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

TAN.AZ xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn nümayəndə heyəti müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də xatirələri anılıb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyətinin üzvləri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.