Home Gündəm Bakıda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans keçirilib

Bakıda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans keçirilib

58
0
SHARE

İyulun 10-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib.

TAN.AZ xəbər verir ki, konfransda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, fəxri qonaqlar, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə öz təbriklərini çatdırıb, diplomatlarımıza fəaliyyətlərində uğurlar arzu edib. Növbəti günlərdə keçiriləcək ölkəmizin diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin başlamasından öncə müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevə həsr edilmiş konfransın təşkilinin simvolik əhəmiyyət daşıdığı qeyd olunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən geniş bəhs edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara əsaslanan, praqmatik xarici siyasət konsepsiyamızın bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Daha sonra, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin inkişafı, xalqımızın rifahının yüksəldilməsi naminə misilsiz xidmətləri barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb.

Daha sonra konfrans öz işinə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş panel sessiyası ilə davam edib. Panel sessiyasının natiqləri Azərbaycan Respublikasının sabiq Baş naziri və xarici işlər naziri Həsən Həsənov, Prezidentin Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, ölkəmizin Rusiyadakı səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu və Xalq yazıçısı Elmira Axundova Ümummilli Lider Heydər Əliyevlə bağlı öz xatirələrini bölüşüblər.

Konfrans çərçivəsində, həmçinin Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filmi nümayiş olunub.