Home Gündəm Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib

69
0
SHARE

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.