Home Gündəm Prezident İlham Əliyev: Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin edilməsi məqsədilə müvafiq iş...

Prezident İlham Əliyev: Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin edilməsi məqsədilə müvafiq iş aparılır

61
0
SHARE

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparılır.

TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.