Home Gündəm Ceyhun Bayramov BƏƏ Prezidenti ilə görüşüb

Ceyhun Bayramov BƏƏ Prezidenti ilə görüşüb

45
0
SHARE

31 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

XİN-dən bildirilib ki, görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Görüş zamanı, Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb.

Diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində iki ölkənin İslam həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün səy göstərdiyi məmnunluqla qeyd olunub.

Görüş zamanı, Azərbaycan və BƏƏ arasında mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın daha da genuşləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.