Home Gündəm Azərbaycanın XİN başçısı alman həmkarını torpaqlarımızın işğalının ağır nəticələri barədə məlumatlandırıb

Azərbaycanın XİN başçısı alman həmkarını torpaqlarımızın işğalının ağır nəticələri barədə məlumatlandırıb

64
0
SHARE

Azərbaycan ilə Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, tranzit bağlantıları, alternativ enerji və bir sıra digər sahələrdə əməkdaşlığın çox böyük potensialı mövcuddur.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.

Almaniyalı həmkarı ilə bölgədə olan son vəziyyət barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayan Ceyhun Bayramov qeyd edib: “Həmkarıma Azərbaycan torpaqlarının 30 illik işğalı, işğalın ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması, eyni zamanda, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin regionun gələcək inkişafı baxımından Azərbaycanın baxışını bir daha çatdırdım”. Nazir deyib ki, eyni zamanda, görüşdə son üç il ərzində ölkəmiz tərəfindən Ermənistan-Azərbaycan postmünaqişə normallaşması kontekstində həm sülh müqaviləsinin irəli aparılması, eyni zamanda, kommunikasiyaların açılması, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.