Home Gündəm Nazir: Azərbaycan Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcək

Nazir: Azərbaycan Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcək

46
0
SHARE

Azərbaycan Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcək.

TAN.AZ xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışında deyib.

Nazirin çıxışında Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə ölkəmizin aktiv şəkildə töhfə verdiyi, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə məsələyə göstərdiyimiz həssaslıq, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımlar qeyd olunub. Ölkəmizin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis etməsinin bu istiqamətdə əməkdaşlığa daha yaxından töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycanın Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcəyi bildirilib.