Home Gündəm Prezident: Azərbaycan-Rumıniya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var

Prezident: Azərbaycan-Rumıniya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var

46
0
SHARE

“Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur”.

TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Rumıniyanın Prezidenti Klaus Verner İohannisə göndərdiyi məktubda deyilir.

“Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə həyata keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcəkdir”, – qeyd olunub.