Home Gündəm Azərbaycan Prezidenti Serbiyaya işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti Serbiyaya işgüzar səfərə gəlib

39
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya işgüzar səfərə gəlib.

TAN.AZ-ın verdiyi xəbərə görə, dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib.

Niş şəhərinin “Konstantin Veliki” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşıladılar.