Home Gündəm Türkiyə Prezidenti Milli Məclisin deputatlarını qəbul edib

Türkiyə Prezidenti Milli Məclisin deputatlarını qəbul edib

47
0
SHARE

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Ramin Məmmədov və Anar İsgəndərovu qəbul edib.

TAN.AZ xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) qərargahında keçirilən görüşdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım da iştirak ediblər.