Home Gündəm Fransa Azərbaycandakı səfirliyinin əməkdaşlarının fəaliyyəti ilə bağlı faktların araşdırılmasından imtina edib

Fransa Azərbaycandakı səfirliyinin əməkdaşlarının fəaliyyəti ilə bağlı faktların araşdırılmasından imtina edib

46
0
SHARE

Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib. Ancaq ondan iki gün əvvəl tərəfimizdən Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qurumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilmişdi. Lakin onlar araşdırmadan imtina etdilər.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, o, buna gedə bilərdi. Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirliyin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi”, – deyə nazir vurğulayıb.