Home Gündəm Azərbaycanla Rusiya arasında növbəti məsləhətləşmələr keçirilib

Azərbaycanla Rusiya arasında növbəti məsləhətləşmələr keçirilib

20
0
SHARE

28-29 mart tarixlərində Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib.

TAN.AZ-ın məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev arasında baş tutub.

Daha sonra P. Knyazevi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul edib.

Danışıqlarda qarşılıqlı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri müzakirə olunub.