Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.
TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.
“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov aprelin 14-də Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.
![](https://tan.az/wp-content/uploads/2024/04/661c37d91632b661c37d91632c1713125335661c37d916328661c37d91632a-1024x683.jpg)
![](https://tan.az/wp-content/uploads/2024/04/661c37d885b4a661c37d885b4b1713125335661c37d885b47661c37d885b49-1024x683.jpg)
![](https://tan.az/wp-content/uploads/2024/04/661c37d7e3815661c37d7e38161713125335661c37d7e3813661c37d7e3814-1024x683.jpg)