Home Gündəm Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşüb

Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşüb

30
0
SHARE

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.

TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov aprelin 14-də Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.