Home Manşet Müharibələr tarixində belə bir problemə sadəcə bəyanat vasitəsilə son qoymaq görünməmiş bir...

Müharibələr tarixində belə bir problemə sadəcə bəyanat vasitəsilə son qoymaq görünməmiş bir hadisədir

337
0
SHARE

Bu gün noyabr ayının 10 da imzalanmış üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmisi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə ona son qoymaq görünməmiş bir hadisədir. Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atd ! Beləliklə, nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi. Elə üçtərəfli bəyantda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu proses sürətlə davam edir. Ən kritik və çətin mərhələ artıq arxada qalıb. Bu noyabr ayının 10-dan sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, bu vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində dekabr ayının birinə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi. İkinci mürəkkəb və strateji məsələ Azərbaaycanın Naxçıvanla birbaşa kommunikasiyalarını bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb. Üçüncü Türkiyə-Rusiya ortaq nəzarət qərərgahının yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terroristlərin təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu davam edəcək. Hazırda Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcəkdir. Önümüzdəki mərhələdə isı Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun yaradılması istiqamətində faliyyətlər başlayacaq. Ümumiləşdirməyə çalışsaq görünən mənzərə odur k , hər şey Azərbaycanın nəzarəti alatındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur.