Home Cəmiyyət “Azərişıq” ödənişlərinə əlavə 1 manat hansı halda tələb olunur? – MilliÖn açıqladı

“Azərişıq” ödənişlərinə əlavə 1 manat hansı halda tələb olunur? – MilliÖn açıqladı

257
0
SHARE

MilliÖn terminllarından “Azərişıq” üzrə qeyri-əhali ödənişi zamanı əlavə 1 AZN ödəniş olunmalıdır.

Trend-in məlumatına görə, şirkət bu gün yayılan məlumatlara münasibət bildirib. Qeyd olunub ki, bu əlavə ödəniş əhalinin işıq pulu ödənişlərinə aid deyil:

“Bu, yalnız qeyri-əhali, yəni restoran, mağaza, fabrik, zavod və s. kommersiya obyektlərinə aiddir. Məlumat üçün bildiririk ki, əlavə ödəniş “Azərişıq” ASC tərəfindən deyil, MilliÖN tərəfindən tətbiq edilir”.