“Müstəqilliyin ilk illərində xalqımız çox böyük çətinliklərlə üzləşib. Həmin illərdə cəbhədə hərbi məğlubiyyət, daxili siyasi böhran, ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə respublikamızın müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Eyni zamanda, həmin dövrdə ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı. Müqayisə aparmış olsaq, heç çəkinmədən demək olar ki, Azərbaycanın 1991-1993-cü illər ərzindəki real vəziyyəti Ermənistanda yaşanan bugünkü situasiya ilə eynilik təşkil edirdi. Necə ki, 30 il öncə Azərbaycanda AXC-Müsavat hakimiyyəti sayəsində yaşanmış ümidsizlik, hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması bu gün eyni ilə Ermənistanda müşahidə edilir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, bu gün vəziyyət tamamilə başqadır və Azərbaycan bütün sahələrdə uğur, üstünlük əldə etməkdədir: “Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ötən illər ərzində Azərbaycanın Zəfər gününə hazırlaşması, ərazi bütövlüyünü bərpa etmək üçün mənəvi, siyasi, hərbi, iqtisadi gücünü hər gün artırması, səfərbər etməsi nəticədə ərazi bütövlüyümüzün bərpa edilməsinə, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasına səbəb oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə əslində tarixi ədaləti də bərpa etdi, işğalçılar əzəli torpaqlarımızdan qovuldu. Bu səbəbdəndir ki, Azərbaycanın şanlı Qələbəsi qürur mənbəyidir”.
“O da istisna deyil ki, böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və sosial-iqtisadi tədbirlər nəticəsində Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək: “Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq. Heç şübhəsiz ki, Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu mütləq yeni mədəni intibah, yüksəliş