Home İqtisadiyyat Vətən müharibəsində qələbə iqtisadi inkişaf üçün hansı yeni imkanlar yaradıb?

Vətən müharibəsində qələbə iqtisadi inkişaf üçün hansı yeni imkanlar yaradıb?

591
0
SHARE

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi ölkəmizin inkişafı üçün yeni imkanlar yaradıb.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, düşmən üzərində tarixi qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə məhdudlaşmır: “Qələbəmiz Azərbaycanın dünyada qalib və inkişaf edən demokratik bir dövlət kimi tanınmasına, sülhün, əmin-amanlığın tərəfdarı kimi çıxış etməsinə, iqtisadiyyatını möhkəmləndirməsinə və hərbi qüdrətini artırmasına yeni imkanlar yaradır. Həm də Azərbaycan cəlbedici investisiya ölkəsinə çevrilir.

Cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətləri Zəngəzur dəhlizindən faydalanmağa dəvət edir. Dövlət başçısı “Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq” – deməklə qələbənin Azərbaycan dövləti üçün yeni reallıqlar yaratdığını, geniş imkanlar açdığını göstərir”.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilər iqtisadiyyatımızın inkişafı üçün böyük potensiala malikdir və sözsüz ki, ölkə başçısının rəhbərliyi sayəsində əldə olan imkanlardan hərtərəfli istifadə ediləcək:

“Fizuli-Şuşa yolunun çəkilişinin sürətlə davam etdirilməsi, yeni hava limanının tikintisi, ərazilərin minalardan təmizlənməsi, investisiya qoyuluşu ilə əlaqədar bir çox ölkələrlə danışıqların aparılması deməyə əsas verir ki, qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçiriləcək”.