Home Manşet Prezidentimiz “bayram günlərini Qarabağda qeyd edək” arzumuzu reallaşdırdı – Naqif Həmzəyev

Prezidentimiz “bayram günlərini Qarabağda qeyd edək” arzumuzu reallaşdırdı – Naqif Həmzəyev

735
0
SHARE

Bu ilki Novruz bayramını xalqımız böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşıladı. “Bahar bayramını doğma torpaqlarımızda, Qarabağımızda qeyd edək” arzumuz hər zaman xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirən ölkə Prezidentimiz tərəfindən reallaşdırıldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük haqq savaşının qalibi Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Şuşada Novruz tonqalını alovlandırması, xalqımıza builki Novruz təbrikini Qarabağın döyünən qəlbindən çatdırması tariximizə heç zaman unudulmayacaq, əsrlər boyu fəxrlə, qürurla oxunacaq şanlı bir səhifə kimi yazıldı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin hərb tarixində görünməmiş qəhrəmanlığı sayəsində öz ülvi arzusuna qovuşan torpaqlara tez-tez səfər etməsi, bu ərazilərimizin yenidən qurulması istiqamətində infrastruktur layihələrin həyata keçirilməsi, ardınca ölkə Başçımızın xalqımıza builki Novruz təbrikini Şuşadan, Cıdır düzündən ünvanlanması düşmənə və onların havadarlarına siyasi mesaj oldu.

Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyətlə dünya ictimaiyyətinə çatdıran, ən mötəbər kürsülərdən “Qarabağ Azərbaycandır və nida” deyən ölkə Prezidentimiz İlham Əliyevin bayram tonqalı ətrafında böyük qürur hissi ilə “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” deyərək, bir daha işğalçı dövlətə layiq olduğu yeri göstərməsi xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurdu.

“Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı – bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”.

Ölkə Prezideninin, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada Cıdır düzündə alovlandırdıqları Zəfər tonqalının ərafında söydədiyi fikirlər bir daha təsdiq edir ki, Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun rəşadəti, güc və həmrəylik rəmzi olan “dəmir yumruq”, xalq-ordu-iqtidar birliyi sayəsində bərpa edilən tarixi ədaləti pozmağa heç kimin gücü, iradəsi çatmaz.