May ayının 16-dan 23-ü tarixlərinədək 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən bu tarix ərzində 110 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.
Bundan əlavə, 2 şəhid ailəsi və qazinin təhsil xərcləri ödənilib.
Qeyd olunub ki, daha 227 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 80 şəxsin tibb xərclərinin ödənilməsi və 13 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.