Home Manşet 28 May – Respublika Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir

28 May – Respublika Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir

597
0
SHARE

28 May – Respublika Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və xalqımız bu günü böyük qürur hissi ilə qeyd edir. Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu gün ona görə xalqımz üçün qürurlu bir gündür ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaranıb:

“103 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Düzdür Xalq Cümhuriyyətinin ömrü az oldu, lakin o zaman dövlətçiliyimizin əsası qoyuldu. Əsrin sonunda xalqımız yenidən öz müstəqilliyinə nail oldu. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ulu öndər Heydər Əliyev tərəfindən aparılan çoxşaxəli və uzaqgörən siyasəti nəticəsində dövlətçilik ənənələri möhkəm təməllər üzərində quruldu və onun əbədiliyi təmin edildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında xidmətləri olduqca böyükdür. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirldi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı və o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur oldu, Cümhuriyyət irsi rəsmiləşdirildi”.

S.Hüseynova qeyd edib ki, Prezidenti İlham Əliyev Xalq Cümhuriyyəti irsinin yaşadılması ilə bağlı böyuük işlər görüb və dövlət başçısının sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib, bu istiqamətdə dövlət səviyyəsində çoxsaylı tədbirlər həyata keçirilib:

“2003-cü ildən sonrakı dövrdə cənab Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsində hazırda Azərbaycan güclü, müstəqil, dünyəvi bir ölkə kimi və 103 il bundan əvvəl yaradılmış Xalq Cümhuriyyətinin varisi olaraq beynəlxalq aləmdə böyük nüfuz sahibidir və dövlətimizin tarixdə heç zaman olmadığı qədər qürurlu güclüdür”.

Deputat bildirib ki, Azərbaycan regionun lideri və bir çox istiqamətlərdə, o cümlədən sosial, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə beynəlxalq təşəbbüslərin müəllifidir:

“Azərbaycan əldə etdiyi uğurla və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən böyük istisadi gücə malik olan ölkədir. Regionun iqtisadiyyatının 70 faizi məhz Azərbaycanın payına düşür. Regionda bütün layihələr məhz Azərbaycanın təşəbbüsü ilə baş tutur.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yeni reallıq və bir çox əməkdaşlıq platformaları yaranıb və bu platformaların yaradıcısı da məhz Azərbaycandır. Respublika Günü ilə bağlı cənab Prezident İlham Əliyevə ünvanlanmış məktubların həm sayı, həm də məzmunu bir daha bu deyilənlərin hamısını sübut edir. Bu məktublarən məzmununda bir daha onu görmək olur ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır”.