Home Manşet Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin Ağdam səfəri “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin Ağdam səfəri “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti akkordlarıdır

307
0
SHARE

“Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etd, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin bu dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər etməsi, Ağdam şəhərinin baş planı təqdim olunması, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etməsi, Şahbulaq qalasında, Qiyaslı məscidində, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olması, bərpaları barədə göstərişlər verməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti akkordlarıdır. Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir: “Ağdam şəhəri kimi digər azad olunmuş şəhərlərin də Baş Planları təsdiq ediləcək, onun əsasında şəhərlərimiz planlı şəkildə bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərimizin tanınmış şəxsləri Baş Planlarla tanış olacaq və onların təklifləri də nəzərə alınacaq. Bütün şəhərlərin infrastrukturu tamamilə bərpa olunacaq. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bu gün artıq Ağdamla yanaşı, Zəngilanda, Şuşada sürətli şəkildə bərpa işləri aparılmaqdadır”.

Sədaqət Vəliyeva əlavə edib ki, müharibədən çıxmış bir dövlətin pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını reallaşdırması, şəhərlərin bərpasına start verməsi bir daha ölkəmizin gücünü və qüdrətini nümayiş etdiri