Home Manşet Elman Nəsirov: Liderlərin Cenevrə görüşü strateji xarakter daşıyırdı.

Elman Nəsirov: Liderlərin Cenevrə görüşü strateji xarakter daşıyırdı.

573
0
SHARE

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov tan.az-a bildirdi ki, liderlərin Cenevrə görüşü strateji xarakter daşıyırdı. Onun sözlərinə görə, ABŞ və Rusiya dnüyada ən böyük nüvə ölkələridir. Deputatın fikrincə, iki superdövlətin rəhbərinin qlobal sülh və təhlükəsizlik məsələsində kompromisə gəlməsi dünyanı daha az təhlükəli edir, kataklizmlərin qarşısını alır: “Lakin dialoq mühitinin olmaması dünyada yeni təhdid mənbələri yaradır. Əslində ABŞ-Rusiya münasibətlərinin gərgin olması reallığında onların görüş ehtimalı az hesab edilirdi. Çünki Bayden Putini kəskin ifadələrlə tənqid etmişdi”.

E.Nəsirov hesab edir ki, bu görüşdə əldə olunan əsas nəticə geri çağırılan səfirlərin diplomatik işini bərpası etməsi oldu:“Bununla iki ölkə arasında diplomatik müharibə dayandırıldı. Düzdür, bir sıra fundamental məsələlərdə ortaq mövqe olmadığını görürük. Lakin  irəliləyişə nail olmaq cəhdi hiss olunur. Bu ilin sentyabrında Rusiyada Dumaya seçkilərdir. Seçkiqabağı Qərbin Rusiyaya total hücumu, Navalnı faktorundan istifadə edəcəyi ehtimalı vardı. Amma Baydenlə Putin görüşü bu proqnozların üstündən xətt çəkdi. Məlum oldu ki, Bayden üçün qlobal sülh məsələsi prioritetdir, Navalnı ikinci plandadır. Bu da rus liberallarını məyus edib. Analoji yanaşma Azərbaycana da aiddir”.

Deputatın sözlərinə görə, müəyyən radikal siyasi dairələr ABŞ-ın yeni administrasiyasının Azərbaycanla münasibətlərinin gərgin olacağına ümid bəsləyirdi: “Onlar ümid edirdi ki, ABŞ-ın Rusiya ilə olan gərginliyi bizə də sirayət edəcək. Əksinə oldu, Ərdoğan və Bayden görüşü həmin gözləntiləri alt-üst etdi.

Baydenin həm Ərdoğan, həm Putinlə görüşü göstərdi ki, əsas qlobal sülh və təhlükəsizlik məsələləridir. Yəni demokratiya və insan haqlarını bayraq edib təzyiq etmək taktikasında Vaşinqtonun indi fərqli mövqeyi var. Bu da radikal dairələri çox narahat edib, apatiya vəziyyətinə salıb”