“Cənab Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısıseçilərkən Azərbaycanın bütün bölgələrini tarazlı şəkildə inkişafetdirəcəyinə, yeni iş, istehsal yerlərinin açılacağına, su, işıq, qaz, yol kimi infrastruktur layihələrini reallaşdıracağına sözvermişdi. Məhz, 2004-cü ildən Prezident İlham ƏliyevinSərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasıregionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları ötənillər ərzində dövlət başçısının verdiyi vədə əməl etməsiningöstəricisi oldu. Bu günə qədər 4 belə proqram qəbul edilib. Sonuncu dəfə regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadiinkişafı Dövlət Proqramı təsdiq edilib və hazırda bu proqramicra edilməkdədir”. Bunu Yeni Azərbaycan Partiyası Nizamirayon təşkilatının sədri, Milli Məclisin deputatı SədaqətVəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, sözügedən proqramların ilk dəfəimzalanmasından ötən illər ərzində ölkədə 1,5 milyonu daimiolmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisəyaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib. Dövlətproqramları çərçivəsində görülmüş genişmiqyaslı işlərregionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəminyaradıb: “Cənab Prezident İlham Əliyevin bölgələrə mütəmadisəfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərininyaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verir. Prezident İlham Əliyevin Daşkəsənə, Naftalana, Goranboya səfərlərinə bu kontekstdə yanaşmaq lazımdır. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ölkəmizin regionlarının da davamlı inkişafında mühüm rola malikdir. Prezident İlham Əliyev bu səfərləri ilə həm verdiyi tapşırıqların yerlərdə icrasının vəziyyəti ilə tanış olur, həm hər səfərində sahibkarlara, sərmayədarlara çağırışlar edir, rayonların inkişafının, insanların yaşayış şəraiti özü yoxlayır”.
Sədaqət Vəliyeva vurğulayıb ki, bu gün ölkədəki sabit ictimai-siyasi mühitdən, demokratik ab-havadan sui-istifadə edən bəzi özünə müxalifət deyənlər hərdən obyektiv müqayisələr aparsınlar: “Özlərinin idarəçilik dönəmində nəinki yol, qaz xətti çəkilişi, ümumiyyətlə bir məktəb belə təmir etdirməyənlər, ölkənin xəzinəsini, qızıl fondunu amansızcasına tar-mar edənlər bu hansı haqla görülən işlərə qara yaxmağa cəhd edirlər? Dünyada gedən prosesləri də, Azərbaycanda həyata keçirilən siyasətin praqmatikliyini də təhlil edib görə bilərlər ki, pandemiyanın mənfi təsirlərinə, müharibəyə, müharibədən sonrakı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı tənəzzüldən xilas olub. Bu ilin 6 ayı ərzində iqtisadiyyatımızın 2 faiz artması, qeyri-neft sektorumuzun 5 faizlik, qeyri-neft sənayesinin 16,6 faizlik, kənd təsərrüfatının 5,6 faizlik, ixracın 15 faizlik, o cümlədən qeyri-neft ixracının 27 faizlik artımıiqtisadiyyatımızın inkişafının uğurlu perspektivlərindən xəbər verir. Bütün bunların da əsasında Azərbaycan Prezidentinin düzgün, çevik, qətiyyətli və milli mənafelərimizi prioritet kimi dəyərləndirən dövlət quruculuğu siyasəti və dərin düşünülmüş iqtisadi islahatların uğurla reallaşdırılması durur”.