Home Manşet Daha bir qazimiz əməliyyat olundu

Daha bir qazimiz əməliyyat olundu

553
0
SHARE

Göygöl rayon sakini, Vətən müharibəsi qazisi Mehtiyev Namiq Mürəddin oğlu bir müddət əvvəl səhhətindəki problemlə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğluna müraciət etmişdi. Müraciətin müsbət həllini tapması üçün sözügedən deputat dərhal aidiyyatı dövlət qurumları ilə təmasa keçib, onları məlumatlandırıb. Deputat bildirib ki, “Nəhayət, qazimiz YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə cərrahi əməliyyat olunub. Qazimizin ən qısa zamanda öz sağlamlığına tam qovuşacağına inanırıq. Şəhid ailələri və qazilərimiz hər zaman diqqət mərkəzimizdə olacaq.”