Home Gündəm Dövlət Turizm Agentliyinin “Mymenu.Az” platforması təqdim edilib

Dövlət Turizm Agentliyinin “Mymenu.Az” platforması təqdim edilib

284
0
SHARE

Azərbaycanda turistlərin səfər edəcəkləri ərazi üzrə ictimai-iaşə obyektləri və restoranları daha rahat tapmaları, həmçinin təqdim olunan menyularla tanış olmaları üçün “Mymenu.az” platforması yaradılıb.

Trend xəbər verir ki, bunu Dövlət Turixm Agentliyinin rəsmisi Elgün Cavadov deyib.

Onun sözlərinə görə, layihənin məqsədi ictimai-iaşə obyektlərində xidmət keyfiyyətinin artırılması, eyni zamanda həmin müəssisəsləri müasir menyularla təmin etməkdir:

“Şimal-qərb marşrutu üzrə 50 restoran müəyyən edilib. Restoran əməkdaşlarına ilkin treninq keçməklə, istəyə uyğun menyular təqdim edilib. Əsas hədəfimiz menyuları olmayan və daha keyfiyyətli menyuya ehtiyacı olanlara kömək etməkdir. Sonrakı dövrdə platformaya həmin menyular əlavə edilib. Səfərdən öncə turistlər xəritə üzərindən restoranları baxıb, menyularla tanış ola bilərlər. Həmçinin platformada sahibkarlar üçün menyulara əlavə və dəyişiklik etmə imkanı da var. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Menyular isə 3 dildə, azərbaycan, ingilis və rus dillərində təqdim edilir.