Tahir Rzayev: “Cəzasızlıq yeni münaqişələrin yaranmasına müharibələrin alovlanmasına yollar açır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.
Bu görüşlə bağlı Millət vəkili Tahir Razyev tan.az-a danışıb.
O bildirib ki, bu görüşdə cənab prezident özünün və dövlətimizin prinsipial mövqeyini bir daha ortaya qoydu: “Eləcə də beynəlxalq təşkilatların ilk növbədə ATƏT-in Minsk qrupunun son 30 ildə Azərbaycanın düşdüyü vəziyyətə münasibətini diqqətə çatdırdı. Ölkə başçısı BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan qeyri – şərtsiz çıxması barədə 4 mühum qətnaməsinin uzun illər icra olunmadığını vurğuladı. Torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxladığını və buna görə Ermənistana heç bir təsir göstərilmədiyini qeyd etməklə beynəlxalq təşkilatlardan narazılığını ifadə etmiş oldu.
BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmətlə yanaşmalı, təcavüzkarı zamanında cəzalandırmalı, torpaqlarımızın uzun illər işğal altında saxlanılmasına, şəhər və kəndlərimizin talan edilməsinə, dini, tarixi, mədəni abidələrimizin yer üzündən silinməsinə , meşələrimizin qırılmasına , göllərimizin, çaylarımızın zəhərlənməsinə yol verməməli, erməni faşistləri vaxtında cəzalandırılmalı idi”.
Millət vəkili vurğulayıb ki, ancaq bu nə BMT, nə də münaqişənin həll edilməsinə bilavasitə vasitəçilik edən ATƏT-in Minsk qrupu tərəfindən edilmədi: “Əksər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələbinə seyirci mövqedən yanaşdılar. Bu da uzun illər faşist Ermənistana qol qanad açmağa, yeni torpaqlar işğal etməsinə və tez-tez atəşkəsi pozmağa dinc əhalini qətlə yetirməsinə imkan yaratdı. Əlbəttə, bu ədalətsizliyi, erməni faşistlərinin çirkin əməllərini nəinki xalqımız bütün dünya şahid idi. Ancaq dövlətimizin rəhbərinin bildirdiyi kimi, təcavüzkar ermənilərin vəhşiliklərinin qarşısının alınması üçün heç bir lazımi təşəbbüs göstərilmədi. Tarixi ədaləti Azərbaycan xalqı özü bərpa etdi. 44 günlük müharibə xalqımızın və ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Nəyə qadir olduğumuzu hamı gördü. Ancaq belə olmalı deyildi. Çoxsaylı insan təlafatlarına, itkilərə yol verilməməli, beynəlxalq aləm vaxtında səsini ucaltmalı, təcavüzkar tezliklə cəzasını almalı idi”.
T. Rzayev beynəlxalq təşkilatların ikili standartlardan əl çəkməli olduğunu əlavə edib. Onun fikrincə, cəzasızlıq yeni münaqişələrin yaranmasına müharibələrin alovlanmasına yollar açır: “Səlahiyyətli beynəlxalq təşkilatlar buna yol verməməlidirlər. Azərbaycan Prezidenti bu görüşdə nəinki öz fikrini, bütün Azərbaycan xalqının arzu və istəklərini ifadə edib. O bildirib ki, Azərbaycan BMT-nin həmişə fəal üzvlərindən olub. Bu da beynəlxalq təşkilatların hadisələrə düzgün qiymət verməsini şərtləndirməlidir. Bütün beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkməli , dünyada sülhün və əminamalığın təmin olunması beynəlxalq forma və prinsiplər əsasında təmin olunmalıdır”.
“Azərbaycan dövləti və xalqı ədalətin tərəfindədir. Biz sülhün əminalığın qorunmasını istəyirik. Ölkə başçısı da xatırladıb ki, Cənubi Qafqazda sabitlik, qarşılıqlı əməkdaşlıq yaratmaq 10 noyabrda imzalanmış bəyanatın yerinə yetirirlməsi üçün Azərbaycan tərəfi səylərini əsirgəməyib. Ermənistan tərəfi də Azərbaycan dövlətinin mövqeyini qəbul etməlidir. Cənubi Qafqazda sülh əminamalıq təmin olunmalıdır. Azərbaycan xalqı bunu istəyir. Ölkəmiz, xalqımız sülhün, bərabərliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır”, – deyə deputat qeyd edib.