Bakı. Orxan Nəbiyev – Trend:
Finlandiyalı Formula 1 pilotu Kimi Raykkonen koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə idmançının üzvü olduğu “Alfa Romeo” komandası bildirib.
41 yaşlı pilot bu həftəsonu keçiriləcək Niderland Qran Prisini buraxmalı olacaq. Onun əvəzinə polşalı pilot Robert Kubitsa iştirak edəcək.
Xatırladaq ki, K.Raykkonen bu mövsümün sonunda karyerasını bitirəcəyini açıqlamışdı.