Home Gündəm Əli Əliyev Azərbaycan cəmiyyətində mövcud olan həmrəyliyi kölgə altına salmağa çalışır

Əli Əliyev Azərbaycan cəmiyyətində mövcud olan həmrəyliyi kölgə altına salmağa çalışır

428
0
SHARE

“Vətən müharibəsində tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, dünyanın aparıcı ölkələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatları tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. İstər beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyimiz, istərsə də ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin dəstəklənməsi bir daha Azərbaycanın yaxın tərəfdaş qismində qəbul olunmasını təsdiqləyən faktorlardır”. Bu fikirləri YAP Təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Deputat bildirib ki, ölkəmizin apardığı uğurlu və müstəqil xarici siyasət kursu dünya miqyasında Azərbaycanın nüfuzunun artmasını şərtləndirib: “Maraqlıdır ki, bu qədər nailiyyətlərin əldə olunması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması bir erməniləri, bir də illərdir ki, xaricdəki ermənipərəst mərkəzlərin sifarişləri əsasında “siyasət” yürüdən, “beşinci kolon” funksiyasını həyata keçirən radikal müxalifət düşərgəsini narahat etməkdədir. Radikal düşərgə təmsilçilərinin sosial şəbəkələrdə antimilli, heç bir arqumentə söykənməyən fikirlərlə ölkəmizin uğurlarını hədəfə alması, həmçinin xalqı aldatmaq cəhdi isə heç də təsadüfi sayıla bilməz. Çox uzağa getməyək. Son vaxtlar gündəmə gəlmək və bundan “özünəməxsus” şəkildə bəhrələnmək üçün ermənipərəst Sevinc Osmanqızının “aparıcı ekspertinə” çevrilmiş Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin mövqeyinə diqqət yetirdikdə buna bir daha şahid oluruq”. Millət vəkilinin sözlərinə görə, Ə.Əliyev Azərbaycan cəmiyyətində mövcud olan həmrəyliyi kölgə altına salmağa çalışır. Amma bununla da, o böyük yanlışlığa yol verir. Çünki cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Bu səbəbdən Azərbaycanda güclü xalq-iqtidar birliyi, vətəndaşlarımızın Prezident İlham Əliyevə böyük inam və etimadı mövcuddur. 44 günlük Vətən müharibəsində də qələbəmizi şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycanda movcud birlik və həmrəylikdir. “Azərbaycanın xarici siyasət kursunu hədəfə almağa çalışan, 44 günlük Vətən müharibəsindəki Zəfərimizi və torpaqlarımızın işğaldan azad edilməsi faktını inkar edən, həmin regionlarda aparılan bərpa-quruculuq fəaliyyətinə qarşı cəbhə açan Ə.Əliyev bununla bir daha öz simasını Azərbaycan ictimaiyyətinə göstərir. Adını “partiya sədri” qoymuş və “siyasətlə məşğul olduğunu iddia edən” Ə.Əliyev ölkəmizin regionda yaratdığı yeni geostrateji reallıqları belə görməzdən gəlir, təhrif etməyə cəhd göstərir. Bütün dünyaya bəllidir ki, Vətən müharibəsindəki tarixi qələbə sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edib, hətta dünyanın yeni kommunikasiya qovşağını yaratmaq uğrunda uğurlu fəaliyyət nümayiş etdirir. Ə.Əliyev kimilər isə bütün bu görülən işlərə, əldə olunan nailiyyətlərə qarşı antikampaniya aparır. Təbii ki, bu xəyanətkar fəaliyyətin arxasında dayanan məqsəd “siyasi dividend” qazanmaq, xalqı aldatmaq və manipulyasiyaya yol verməkdən ibarətdir. Ə.Əliyev 10 noyabr razılaşmasının əhmiyyətini azaltmağa çalışsa da, unutmamalıdır ki, bu sənəd əsasında 3 böyük rayon bir güllə atılmadan azad olundu. Bu gün azad olunmuş ərazilərdə böyük quruculuq işləri görülür, Füzuli beynəlxaql hava limanına ilk uçuş hər birimizi qürurlandırdı. Şuşa şəhərində sürətli bərpa işlərini də hər bir vətəndaş iftixarla izləyir. İndiyə kimi, Qarabağın incisi olan Şuşada quruculuq işləri ilə yanaşı bir sıra vacib tədbirlər də reallaşdırılıb. Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xarıbülbül Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, buna sübutdur. Bütün bunlar onu göstərir ki, Ə.Əliyev kimilər Vətən müharibəsinin nəticələrini kiçiltməyə çalışmaqla heç nəyə nail ola bilməz. Çünki Azərbaycan bu qələbə sayəsində bütövlükdə regionda öz mövqeyini daha da gücləndirmiş oldu. Bu prosesdə söz sahibi Azərbaycandır ”, deyə deputat vurğulayıb. Sevinc Hüseynova qeyd edib ki, Ə.Əliyevin iddialarının əksinə olaraq Azərbaycan-Türkiyə əlaqələri də yüksək səviyyədədir. Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana qətiyyətli dəstək nümayiş etdirdi: “Bu dəstək üçüncü qüvvələrin müharibəyə müdaxilə etməsinin qarşısını aldı, qələbəmizin əldə olunmasında mühüm rol oynadı. Bu gün də Türkiyə proseslərin içərisindədir. Diplomatik müstəvidə 10 noyabr razılaşmasının icrası ilə bağlı Türkiyə də iştirak edir. Rusiya –Türkiyə Birgə Monitorinq Mərkəzinin fəəaliyyəti də bunun göstəricisidir. Prezidentlər arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək səviyyədə olduğunu göstərir. Bütün bunlar göstərir ki, Vətən müharibəsində zirvə səviyyəsinə yüksəlmiş münasibətlərimiz hazırda cəmiyyətin bütün sferalarına şaxələnməkdədir. Ona görə də, Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı Ə.Əliyevin yanlış fikirləri ictimai rəyi çaşdıra bilməz. Bu fikirlər təəssüf hissi yaratmaqla bərabər cəmiyyətimizdə ciddi qınaqla qarşılanır. Ə.Əliyevin belə fəaliyyəti əbəsdir. Azərbaycan xalqı öz Prezidentinə inanır və xalqımız Prezidentin ətrafında sıx birləşərək dövlətimizin başçısının nəyi nə zaman və nə cür edəcəyinə tam əmindir”.

Seen by Elxan Ismayıl at 14:29