Home Cəmiyyət Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır – MN

Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır – MN

266
0
SHARE

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən (MN) tan.az-a verilən məlumatda deyilir.

“Qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaqdır” – deyə, nazirlik qeyd edir.