Böyük Britaniya kraliçası II Yelizaveta Berkşir qraflığındakı Vindzor qəsrini öz daimi iqamətgahına çevirməyi planlaşdırır.
Trend-in məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.
94 yaşlı kraliça özünütəcrid rejimində daha çox vaxt keçirə bilməsi üçün Londondakı Bukingem sarayı əvəzinə Vindzora köçə bilər.
Qeyd olunur ki, hazırda kraliça 97 yaşlı həyat yoldaşı, şahzadə Filipplə birgə Şotlandiyanın Balmoral qəsrindədir.
Kral ailəsinə yaxın mənbələr II Yelizavetanın pandemiya müddətində Londona qayıtmayacağını bildirib. Bundan başqa, yaxın gələcəkdə kraliçanın ictimaiyyət qarşısına çıxması da gözlənilmir.