Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin stabil səviyyədə süni şəkildə saxlanması barədə məlumatları təkzib edib.
Trend-in məlumatına görə, Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib ki, bununla bağlı fikirlər həqiqəti əks etdirmir:
“Mərkəzi Bank Dövlət Neft Fondunun vəsaitlərinin transfertində yalnız agent rolunu oynayır və bu prosesi fiskal adlandırmaq olar”.