Millət vəkili, şair Musa Urud (Quliyev) Vətənə, Qarabağın azad olunmasına həsr etdiyi yeni şeirini oxucularla bölüşüb, onu sosial şəbəkə hesabında paylaşıb.
Şeir “Qarabağ Azərbaycandır!” adlanır.
tan.az həmin şeiri təqdim edir:
Zülmət yaran oğullar döndü nura qayıtdıq
,Qarabağa qayıtdıq, Zəngəzura qayıtdıq.
Qəlbimizdə bir Kitab, iki Surə qayıtdıq:
Qarabağ Azərbaycandır!
Şükür sənə İlahi, Azan səsi eşitdik,
Qarabağda.30 il azan səsi eşitdik.
Şərəfli bir tarixi yazan səsi eşitdik:
Qarabağ Azərbaycandır!
Gözümüzdə qalmadı – arzu, muradı gördük,
“Qənimətlər parkı”nı, “Zəfər Paradı” gördük.
Dəmir yumruq , tunc inam, polad iradə gördük:
Qarabağ Azərbaycandır!
Dağı, daşı, meşəsi, səması da bizimdir,
Odu, suyu , torpağı, havası da bizimdir.
Zəfərə gedən yolun Nidası da bizimdir:
Qarabağ Azərbaycandır!
Qarabağ bu millətin yeni qibləsi oldu.
Ata öyüdü oldu, ana duası oldu.
Ali Baş Komandanın zəfər müjdəsi oldu:
Qarabağ Azərbaycandır!!!