08 noyabr 2021-ci il tarixdə Göygöl şəhərində Zəfər Günü böyük təntənə ilə qeyd edilmişdir. İlk öncə Göygöl Şəhidlər Xiyabanı ziyarət edilmiş, şəhidlərin əziz xatirəsi anılaraq, dualar oxunmuş, məzarlarına tər gül-çiçək dəstələri düzülmüşdür. Daha sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılaraq, büstü önünə güllər düzülmüşdür. Axşam saatlarında Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında təntənəli bayram şənliyində deputat Elşad Mirbəşir oğlu çıxış edərək, bu günki Zəfərin qəhrəmanları olan şəhid və qazilərimizin rəşadətindən, Şuşanın azad olunmasından böyük qürurla söz açmış, Cənab Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin, bu amal yolunda atdığı qətiyyətli addımların, xalqla hakimiyyət birliyinin qələbənin təməl gücü olmasından danışmışdır. Təntənəli tədbirdə rayon rəsmiləri, şəhid ailələri və qazilər, rayon ziyalıları və ictimaiyyəti, məktəblilər və gənclər iştirak etmiş, tdbirin sonunda atəşfəşanlıq olmuşdur.