Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik – Ərdoğan

Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik – Ərdoğan

285
0
SHARE

Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərdən qayıdarkən təyyarədə jurnaistlərin suallarına cavabında bildirib.

O qeyd edib ki, Türkiyə Ukrayna və ətrafındakı hadisələri yaxından izləyir.

“Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Əlbəttə, bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik”, – deyə Ərdoğan bildirib.