Home Biznes və iqtisadiyyat xəbərləri Ombudsman Ağdam rayonunda faktaraşdırıcı missiya həyata keçirib (FOTO)

Ombudsman Ağdam rayonunda faktaraşdırıcı missiya həyata keçirib (FOTO)

256
0
SHARE

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyanı Ağdam rayonunda davam etdirib.

Ombudsman Aparatının məlumatına görə, faktaraşdırıcı səfər çərçivəsində Ombudsman Ağdam rayonunda Qarağacı və Uzundərə qəbiristanlıqlarında monitorinq aparıb və hüquq pozuntularına dair zəruri materiallar toplanılıb. Digər rayonlarda olduğu kimi, Ağdamdakı qəbiristanlıqlarda da Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalarla bağlı təhlükənin mövcud olduğu aşkarlanıb.

Qeyd olunduğu kimi, Ombudsmanın həyata keçirdiyi yerində araşdırmaların nəticələri əsasında hesabat hazırlanaraq, beynəlxalq və regional təşkilatlara ünvanlanacaqdır.