Home Cəmiyyət Hikmət Hacıyev: Karantinə görə atamı axırıncı dəfə mart ayında görmüşəm

Hikmət Hacıyev: Karantinə görə atamı axırıncı dəfə mart ayında görmüşəm

622
0
SHARE

Biz də istərdik ki, rayonlara gediş-gəliş açılsın, ancaq çox təəssüf ki, bu gün bu şad xəbəri çatdırmaq iqtidarında deyilik. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, hər kəs rayonlara gediş-gəlişin açılmasını istəyir: “Mənin atam Gəncə şəhərində yaşayır və mən öz atamla sonuncu dəfə mart ayının 13-də görüşmüşəm. Mən də istərdim ki, rayonlara gediş-gəliş olsun. Ancaq çox təəssüf ki, hazırki vəziyyətdə bu xəbəri çatdırmaq iqtidarında deyilik. Rayonlara gediş-gəlişin bağlı qalması vətəndaşlarımızın təhlükəsizliyi üçün vacibdir. Ümud edək ki, yaxın zamanlarda bu xəbəri çatdırmaq iqtidarında olacağıq”.