Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

272
0
SHARE

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Həmin məktubları təqdim edir:

Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Ramazan Abdulatipovdan:

“Zati-aliləri, cənab Prezident.

Əziz İlham Heydər oğlu.

Sizi – son minillik ərzində ilk dəfə olaraq istedadlı Azərbaycan xalqının böyük dövlətçilik ənənələrini, ənənəvi mədəniyyətini və ləyaqətini bərpa edən görkəmli dövlət xadimini yubileyiniz münasibətilə təbrik edirəm.

Möhtərəm İlham Heydər oğlu, Siz əsl xalq Prezidenti, bütün kökləri ilə öz qəhrəman xalqının mənəviyyatı, məqsədləri, arzuları və perspektivləri ilə bağlı olan mərd və müdrik rəhbərsiniz. Azərbaycan Sizin rəhbərliyinizlə öz tarixi sərhədlərini bərpa edə, xalqın bu gününü və gələcəyini məhv edən nadan, dağıdıcı qüvvələrdən azad ola bildi.

Səmimiyyətlə, dərin hörmətlə və əbədi dostluqla Sizin silahdaşınız və dostunuz Ramazan Abdulatipov.

Anlayışa və hərtərəfli dəstəyə görə minnətdarlığımı bildirirəm”.

***

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralidən:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi 60 illik yubileyiniz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Altmış illik şərəfli həyat yolunuzun böyük bir hissəsini qardaş Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının daha da çiçəklənməsi və inkişafına həsr etmisiniz. Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan Respublikası sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq münasibətlərdə sanballı uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

44 günlük Vətən müharibəsində qazandığınız böyük Zəfərlə Azərbaycanın yüksəlişi yolunda ən böyük maneəni aradan qaldırdınız, ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoyaraq dünya barışına əhəmiyyətli töhfə verdiniz. İllər boyu bütün istiqamətlərdə böyük incəliklə formalaşdırdığınız və həyata keçirdiyiniz siyasəti 60 illik yubileyiniz ərəfəsində böyük Zəfərlə taclandırdınız, qazandığınız misilsiz uğurlarla bütün türk xalqlarının qəlblərinin fatehi oldunuz, adınızı türk dünyasının tarixinə qızıl hərflərlə yazdırdınız. İnanıram ki, Sizin əvəzsiz xidmətlərinizi xalqlarımız heç zaman unutmayacaq.

Sizin türk əməkdaşlıq təşkilatlarına, xüsusilə Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə yüksək dəstəyinizi hər zaman hiss edir və dərin minnətdarlıqla qarşılayırıq. Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz böyük şəxsiyyətinizə, beynəlxalq miqyasda və türk dövlətləri arasında olan yüksək nüfuzunuza, türk birliyinə mühüm töhfənizə, misilsiz xidmətlərinizə xalqlarımızın və dövlətlərimizin verdiyi yüksək dəyərin ifadəsi oldu.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək 60 illik yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və rifah diləyirəm”.

***

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskidən, Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysendən, Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqaldan:

“Hörmətli cənab Prezident,

Azərbaycandakı Avropa Yəhudiləri İcması adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.

60 il insan həyatının çiçəklənmə dövrüdür. Tarixin çətin və dönüş anlarında dünya hadisələrinə təsir edən böyük şəxsiyyətin rolu xüsusilə nəzərə çarpır. Məhz Sizin və Sizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı ata-baba torpaqlarımız olan Qarabağımızı işğalçılardan azad etdi və Sizin rəhbərliyinizlə bu torpaqlar yenidən çiçəklənəcək.

Biz Azərbaycan yəhudiləri, bütün ölkə xalqı kimi, bu zəmanədə yaşamaqla, Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmizin inkişaf etdiyini və tərəqqisini görməklə fəxr edirik və buna görə xoşbəxtik.

Siz haradasınızsa, qələbə də oradadır!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, müqəddəs Tövratda yazıldığı kimi, 120 illik xoşbəxt ömür və əziz Azərbaycanımızın rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.

Allah Sizi qorusun!”.

***

Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan:

“Möhtərəm Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.

Sizin Ali Baş Komandan kimi cəsarətiniz, qətiyyətiniz və liderliyiniz sayəsində qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir müddətdə atanız, ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqının 27 illik həsrətinə son qoymuş və Qarabağı azad etmişdir.

Bu müddətdə cənab Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqı Azərbaycanın Qələbəsi üçün sidqi-ürəkdən dualar edib, dəstək ifadə etmişdir.

Türkiyə Respublikası indiyə qədər olduğu kimi, bundan sonra da hər zaman, hər şərtdə Can Azərbaycanın yanında olacaqdır.

Möhtərəm Prezident, “Bir millət, iki dövlət” prinsipindən çıxış edən Zati-alinizin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri ilə regionda bundan sonra da sülh, sabitlik və rifah davam edəcəkdir”.

***

Moldova Respublikasının sabiq Prezidenti, Sosialistlər Partiyasının fəxri sədri İqor Dodondan:

“Hörmətli İlham Heydər oğlu,

Moldova Respublikası Sosialistlər Partiyasının adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim kimi istər həmvətənlərinizin, istərsə də həmkarlarınızın yüksək hörmət və etibarını qazanmısınız. Sizin Azərbaycan xalqı qarşısındakı xidmətləriniz ölçüyəgəlməzdir.

Sizin Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin inkişafı üçün yeni vəzifələrin müəyyənləşdirilməsi istiqamətində səylərinizi alqışlayırıq.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirirəm.

Yeni görüşlərə və partiyalararası əməkdaşlığın gücləndirilməsi ilə bağlı səmərəli birgə işin davam etdirilməsinə ümidvaram.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi, xoşbəxtlik, firavanlıq və yeni uğurlar arzulayıram”.

***

Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonisdən:

“Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar diləyirəm”.

***

Avropa Velosipedçilər Birliyinin prezidenti Enriko Della Kasadan:

“Hörmətli cənab Prezident,

Avropa Velosipedçilər Birliyinin İdarə Heyəti adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Bir neçə gün əvvəl Azərbaycanın idman ictimaiyyəti Sizi yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçdi. Fürsətdən istifadə edərək bu əhəmiyyətli hadisə münasibətilə Sizi təbrik edirəm.

Ümid edirəm ki, Siz bundan sonra da Azərbaycanda velosiped idman növünün hərtərəfli inkişafına diqqət yetirəcək və dəstək verəcəksiniz.

Mən Azərbaycanda yenidən nüfuzlu velosiped yarışlarının keçirilməsini arzu edirəm”.

***

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

“Zati-aliləri.

“Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, firavanlıq, əmin-amanlıq və bütün təşəbbüslərinizdə uğurlar arzulayım. Qoy qarşıda çoxlu qələbələr və nailiyyətlər olsun, bunların sevincini yaxınlarınız və doğmalarınızla bölüşə biləsiniz!

Sizə və yaxınlarınıza cansağlığı, xoş günlər arzu edirəm”.

***

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan:

“Çox hörmətli İlham Heydər oğlu,

Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Yüksək insani və peşəkar keyfiyyətləriniz, mühüm idarəçilik təcrübəniz Sizə çətin dövlət vəzifələrini uğurla həll etməyə imkan verir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasının vətəndaşları sülh və firavanlıq şəraitində yaşayırlar. Səmərəli daxili və xarici siyasətiniz sayəsində ölkə iqtisadiyyatı uğurla inkişaf edir, böyük investisiya layihələri reallaşdırılır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, ən cəsarətli planlarınızın həyata keçməsini arzulayıram”.

***

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevdən:

“Hörmətli İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə, genişmiqyaslı planlarınızın və qurucu təşəbbüslərinizin gerçəkləşməsində yeni-yeni uğurlar arzu edirəm.

Qoy Rusiya ilə Azərbaycanın regionlararası əlaqələri dost ölkələrin vətəndaşlarının rifahı naminə bundan sonra da səmərəli olsun!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.

***

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən:

“Hörmətli İlham Heydər oğlu,

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycan naminə yeni genişmiqyaslı zəfərlər diləyirəm”.

***

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

“Möhtərəm İlham Heydər oğlu,

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkarlığınız və insani keyfiyyətləriniz, zəngin təcrübəniz, tükənməz enerjiniz və qarşıya qoyulmuş məqsədlərə nail olmaqda əzmkarlığınız ən mühüm dövlətçilik məsələlərini həll etməyinizə imkan verir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan Respublikası naminə bütün layihələrinizin və niyyətlərinizin gerçəkləşməsini arzulayır, ən xoş diləklərimi bildirirəm”.

***

“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslıdan:

“Möhtərəm cənab Prezident,

Sizi – müdrik dövlət başçısı, parlaq siyasətçi, müzəffər Ali Baş Komandanı 60 illik yubileyiniz münasibətilə “Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edir, xoş arzularımı çatdırıram.

Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə yüksək zirvələrə ucalır, ölkənin sosial-iqtisadi inkişafı ardıcıl və dinamik şəkildə davam edir. Siz Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünün bərpasına nail oldunuz, regionda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün şərait yaratdınız.

Zati-alinizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt həyat, rəhbərliyinizlə qazanılan uğurların Azərbaycanı daha yüksək zirvələrə çatdırmasını arzulayıram”.

***

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan:

“Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çoxillik səmərəli fəaliyyətiniz Sizə həmvətənləriniz, dostlarınız və tərəfdaşlarınız arasında yüksək nüfuz və hörmət qazandırıb. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası uğurla inkişaf edir, regionlararası əlaqələr və işgüzar ünsiyyət möhkəmlənir. Çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinə böyük diqqət yetirilir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, yeni uğurlar, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

***

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutskidən:

“Əziz İlham Heydər oğlu,

Sizi əlamətdar yubileyiniz münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Sizin Vətənə konkret işlərlə fədakarcasına xidmətiniz göstərir ki, həyatınız və fəaliyyətiniz doğma Azərbaycanın həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə inkişaf yolunda, bu narahat dünyada öz yerini təsdiqləmək yolunda qətiyyətli addımlar atır.

Siz öz dahi atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli varisi, onun müdrik siyasətinin və işlərinin davamçısı kimi əsası onun tərəfindən qoyulmuş dövlət idarəçiliyinin ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz və buna görə, heç şübhəsiz, öz həmvətənləriniz arasında səmimi hörmət, beynəlxalq aləmdə mükəmməl, yetərincə təcrübəli, qətiyyətli, uzaqgörən və nəcib dövlət xadimi kimi yüksək nüfuz qazanmısınız. Əminəm ki, Heydər Əliyev bu gün belə bir oğula görə şübhəsiz fəxr edərdi. Onun irsi Sizin bugünkü Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllinə yönəlmiş qəhrəmancasına səylərin etibarlı təməlidir.

Ölkələrimiz və xalqlarımız arasında qardaşcasına dostluq, tərəfdaşlıq əlaqələrinin və çoxplanlı qarşılıqlı fəaliyyətin inkişafına və dərinləşməsinə Sizin çox böyük töhfənizi də qeyd etməliyəm. Əminəm ki, son nəticədə bunlar hökmən bizə firavanlıq və sabitlik gətirəcək. Sizin kimi mən də buna böyük əhəmiyyət verirəm və strateji əməkdaşlığımızın daha da inkişaf etməsi üçün Sizinlə bərabər səy göstərməyə hazıram. Bizim sıx şəxsi dostluq münasibətlərimizi, aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı səmimi-qəlbdən yüksək qiymətləndirirəm. Bütün görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram və gələcəkdə bu görüşləri davam etdirməyə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm, səmimi ailənizə və Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına ürəkdən cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar, sülh və tərəqqi diləyir, ən xoş arzularımı bildirirəm”.

***

Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə qazısı Seyidhəşim Seyid Mustafa oğlu Mirtaibovdan:

“Mərhəmətli və rəhmli Allahın adı ilə,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq imkanına malik olduğuma görə çox fəxr edirəm, xoşbəxtəm və Ulu Tanrıya şükür edirəm.

Siz görkəmli dövlət xadimi, bizim ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin siyasi xəttinin ən layiqli davamçısısınız. Heydər Əliyev elə rəhbərlər sırasına mənsubdur ki, onların işləri və fikirləri milli sərvətdir və yüksək beynəlxalq əhəmiyyət kəsb edir. O, ölkələrimiz arasında strateji əməkdaşlığın təməlini qoyub.

Biz, dərbəndlilər, dərindən dərk edirik ki, bizim salamatlığımız, asayişimiz və əhvalımız çox cəhətdən Rusiya-Azərbaycan və Azərbaycan-Dağıstan münasibətlərinin vəziyyətindən asılıdır.

Bu gün dostluğumuzun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə Sizin çox böyük şəxsi töhfənizi görməmək olmaz. Bütün Azərbaycan xalqı üçün bu şanlı ildə Sizin müdrikliyiniz, siyasətçi kimi yüksək nüfuzunuz, qətiyyətiniz müzəffər Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü bərpa etməsinə imkan verib.

Tanrının mərhəməti ilə Siz Azərbaycanın yeni tarixini yazmısınız.

Sizə xas olan intellekt, diplomatiya məharəti və doğma Azərbaycanın mənafelərini dünya birliyində ən yüksək səviyyədə təmsil etmək bacarığınız bütün sahələrdə özünü göstərir. Öz Vətəninə səmimi sevgi və onun həqiqi mənafelərini qorumaq istəyi bütün həmvətənlərinizin Sizə səmimi hörmətini təmin edir.

Fürsətdən istifadə edib doğum gününüzdə Sizə Azərbaycan xalqının mənafelərinə fədakarcasına xidmət etdiyinizə, bütün dünya azərbaycanlılarını daim dəstəklədiyinizə görə minnətdarlığımı bildirirəm. İcazə verin, Milli Həmrəylik Günü münasibətilə Sizin şəxsinizdə bütün azərbaycanlıları təbrik edim.

Azərbaycan Respublikasının və onun sakinlərinin rifahı naminə Sizə yeni zəfərlər, möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq diləyirəm.

Azərbaycan Respublikasına hərtərəfli xidmətinizin əvəzini görəcəksiniz”.

***

Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçikdən:

“Hörmətli İlham Heydər oğlu,

Avropa Cüdo İttifaqı adından Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Biz Sizi Azərbaycanda, İslam dünyasında və bütövlükdə beynəlxalq cəmiyyətdə şəksiz nüfuz və sonsuz hörmət qazanmış görkəmli siyasətçi və dövlət xadimi kimi tanıyırıq. Siz bizim dünyamiqyaslı şəxsiyyət kimi xatırladığımız Heydər Əliyevin işinin ardıcıl və sədaqətli davamçısı, atanızın layiqli övladısınız.

Sizin diplomatik uğurlarınız böyük hörmətə layiqdir, Avropa Şurası Parlament Assambleyasında Sizin səmərəli fəaliyyətiniz həmkarlarınızın çoxunun yadındadır.

Siz Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində də çox böyük hörmət və nüfuz qazanmısınz. Sizin şəxsi iştirakınız sayəsində ölkədə dünya səviyyəli ən iri turnirlər uğurla keçirilir.

Fürsətdən istifadə edib Sizi bu günlərdə yenidən Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik etmək və bu yolda Sizə hər cür uğur diləmək istərdim.

Sizin nəcib idman ideallarına səmimi sədaqətinizi, bəşər sivilizasiyasının davamlı inkişafının ən mühüm tərkib hissəsi olan idmana münasibətinizi çox yüksək qiymətləndiririk.

Mən təkbətək döyüşlərin dünyada ən populyar növlərindən birinin təmsilçisi kimi Sizi – Dünya Taekvondo Federasiyasının 6-cı dan qara kəməri və sertifikatının sahibini alqışlayıram. Cüdoçular Sizinlə birlikdə mübarizə ruhu, idman zalının ab-havası, güləşçi xalçasının qanunları ilə yaxşı tanış olan insanlar pleyadasına mənsub olmağı özləri üçün şərəf hesab edirlər.

Sizə, gözəl ailənizin bütün üzvlərinə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.

***

Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin sədri Nikolay Şubadan:

“Hörmətli cənab Prezident,

Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Bu gün Vətənə fədakarcasına xidmət yolunu seçməyinizə, Azərbaycan xalqının mənafelərini qorumaq üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür bildirmək üçün gözəl imkan yaranıb.

Siz çox mürəkkəb dövrdə, çox mürəkkəb şəraitdə Azərbaycan Respublikasını idarə edən müdrik, güclü və cəsur insansınız. Məhz Sizin rəhbərliyinizlə Azərbaycan və onun xalqı firavanlığa doğru addımlayır, insanların həyatı ilbəil yaxşılaşır, Azərbaycan Respublikasının dünyada siyasi əhəmiyyəti artır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən cansağlığı, nəzərdə tutduğunuz planların gerçəkləşməsini, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, Sizin təşəbbüsləriniz və işləriniz həmişə rəğbətlə qarşılansın, layiqincə qiymətləndirilsin!”.

***

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayəti Qanunverici Məclisinin deputatı Mayis Məmmədovdan:

“Hörmətli cənab Prezident,

İcazə verin, Sizi “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan əlamətdar yubileyiniz münasibətilə təbrik edim.

Sizin Azərbaycanı müasirləşdirmək istiqamətində gördüyünüz işlər, Qarabağın azad edilməsi uğrunda apardığınız mübarizə məni valeh etdi. Mən, həmçinin Sizin sülhü ədaləti, həmrəyliyi, anlaşma və dozümlülüyü necə reallaşdırmağınıza heyran oldum.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dayanıqlı inkişaf yolu ilə irəliləmək, nəzərdə tutduğunuz bütün strateji qərarların həyata keçməsi üçün güc-qüvvət arzu edirəm.

Sizə və Azərbaycan xalqına firavanlıq diləyirəm”.

***

Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovadan:

“Zati-aliləri, möhtərəm cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə Monreal Kanada-Azərbaycan Cəmiyyəti adından ürəkdən təbrik edirəm.

Müasir Azərbaycanın davamlı inkişafı istiqamətində əldə edilmiş nailiyyətlər məhz Sizin dövlət başçısı vəzifəsində uzaqgörən və konstruktiv siyasətinizin nəticəsidir. Sizin yüksək peşəkarlığınız Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verir, xalqımızın rifahı və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını təmin edir. Hər keçən gün Azərbaycan üçün inkişaf tarixinə çevrilir. Bu inkişaf Sizin müdrik liderliyiniz sayəsində mümkün olur.

Cənab Prezident, Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram”.

***

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən:

“Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə ölkəniz yeni zirvələr fəth etmişdir və cəmiyyət həyatının bütün sahələrində uğurlu yeniliklərlə yolunu davam etdirir. Sizin prezidentliyiniz müddətində Azərbaycan dünya miqyasında tanınmağa nail olub, Siz isə güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi kimi nüfuz qazanmısınız.

Turizm sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə dialoqumuzu və konstruktiv birgə işimizi davam etdirməyə hazır olduğumu bir daha təsdiq edirəm.

İcazə verin, bu təntənəli və əlamətdar gündə Sizə, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı, şəxsi səadət və rifah, Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayım.

Hörmətli İlham Heydər oğlu, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.

***

Rusiya Federasiyası Perm vilayəti Qanunvericilik Məclisinin deputatı İlya Lisnyakdan:

“Hörmətli İlham Heydər oğlu,

Perm vilayəti Qanunvericilik Məclisinin deputatları, Perm Gənclər Mərkəzinin fəalları və Beynəlxalq Layihə Konqresinin iştirakçıları adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti olduğunuz müddətdə ölkəniz ciddi sınaqlardan uğurla çıxıb, bir çox sahələrdə mühüm nailiyyətlər əldə edib.

Bu il dekabrın 15-21-də Azərbaycana səfər etmək şərəfinə nail oldum. “Diaspor Gəncləri 1+1″ layihəsinin iştirakçılarından ibarət nümayəndə heyəti Bakı, Gəncə, Bərdə, Ağdam, Füzuli, Şuşa şəhərlərində oldu. Azərbaycan Gənclər Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə işgüzar görüşlər keçirdik, gənclərlə iş sahəsində görülən işlərlə tanış olduq. Gördüyümüz hər şey bizə çox yaxşı təsir bağışladı.

Sizə Azərbaycanın inkişafında, Rusiya ilə əlaqələrin möhkəmlənməsində, iqtisadiyyat, sənaye, aqrar sektor, humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsində yeni zirvələr fəth etməyi arzulayıram.

2019-cu ilin sentyabr ayından Azərbaycanın gənc liderləri ilə yaxından əlaqə saxlayıram. Biz birgə səylərlə Beynəlxalq Layihə Konqresini təsis etdik. Perm vilayəti bir neçə gün əvvəl Perm-Azərbaycan marşrutu üzrə ticarət əlaqələrinin möhkəmləndiyini bəyan edib. Ümid edirəm ki, aramızda olan xoş münasibətlər bundan sonra da müxtəlif sahələrdə əməkdaşlığa töhfə verəcək.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz mübarək!”.

***

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) İcraiyyə Komitəsi adından Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbriklərimi çatdırım.

Bu təntənəli və əlamətdar gündə ən xoş və ürəkdən gələn diləklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, uğurlu fəaliyyət, firavanlıq, məqsədlərinizə çatmaqda əzmkarlıq arzulayıram. Qoy bilik və həyat təcrübəniz Azərbaycan Respublikasının rifahı naminə gələcək məhsuldar işinizdə etibarlı təməl rolunu oynasın! İşgüzarlığınız və peşəkarlığınız, həmçinin mürəkkəb vəziyyətdə düzgün həll yolu tapmaq bacarığınız sayəsində Siz çoxlarına nümunəsiniz.

Sizə məsuliyyətli işinizdə sanballı nəticələr arzulayıram. Qoy həyatınızı həmişə xoş hadisələr, dostlarınızın və yaxınlarınızın sevgisi və dəstəyi zənginləşdirsin!

Fürsətdən istifadə edərək, möhtərəm Prezident, Sizə bir daha yüksək ehtiramımı bildirir, Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə uğurlar diləyirəm”.

***

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozakdan:

“Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dinamik inkişaf edir, dövlətlərimiz isə uzun illər boyu strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirir. Bu münasibətlərin əsasını Rusiya və Azərbaycan xalqları arasında əsl dostluq və mehriban qonşuluq əlaqələri təşkil edir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, Azərbaycan Respublikasına və onun vətəndaşlarına sülh və firavanlıq diləyirəm”.