Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması üçün komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Düşünürük qarşı tərəf də bu məsələnin ciddiliyini anlayaraq yaxın zamanda müsbət qarşılıq verəcək. Ona görə düşünürük ki, yaxın aylarda bu komissiya formalaşacaq”, – deyə nazir qeyd edib