ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) dirçəldilməsi üzrə Vyana danışıqlarının səkkizinci mərhələsinin hazırkı uğurlarını əhəmiyyətli adlandırmır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz danışıqların son günlərində az irəliləyiş olduğunu qeyd edirik, lakin danışıqların əvvəlki mərhələlərindən fərqli olaraq, bunun nə dərəcədə əhəmiyyətli olduğu aydın deyil”, – o, brifinq zamanı bildirib.
Prays qeyd edib ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planının bərpa edilməsi istiqamətində çox ləng hərəkət edir, bu isə qəbuledilməzdir.